Resept:Şokoladlı keks
Şokoladlı keks | |
---|---|
Kateqoriya: | Avropa mətbəxi |
Porsiya: | 6 |
Enerji qiyməti: | 1000-800 kkal. |
vaxt: | 2 saat |
Hazırlanma mürəkkəbliyi: |
Tərkibi
redaktə- 100 q kərə yağı;
- 200 q tünd şokolad (70% kakao);
- 2 ədəd yumurta;
- 60 q buğda unu;
- qabartma tozu, vanil
- 100 q şəkər kirşanı.
Hazırlanması
redaktəŞokoladı və yağı xırda doğrayıb qaba tökün. Buxar vannasında qarışdıra-qarışdıra əridin. Yumurtanı şəkərlə köpüklənənədək çalın, ərinmiş şokoladla qarışdırın, un və qabartma tozu, vanil əlavə edin. Alınmış xəmiri yağlanmış formaya töküb 200 dərəcə qızdırılmış sobada 7-10 dəqiqə bişirin. Üzərinə şəkər kirşanı səpin.