Resept:Ərik şirəsi

Ərik şirəsi – qida qəbulundan (əsasən nahar və şam yeməyindən) sonra, toy və ziyafət məclislərində, qonaq qəbul edildikdə və başqa şadyanalıqda, isti günlərdə susuzluğu yatırmaq üçün içilir.

Hazırlanma qaydası

redaktə

Başqa meyvə-giləmeyvələrdən fərqli olaraq, ərik şirəsinin əzintisini presləyib sıxmaqla deyil, Ərik lətini ələkdən sürtməklə əldə edirlər. Ərik şirəsini presləyib sıxdıqda, onun tərkibindəki qida maddələrinin və karotinin miqdarı kəskin azalır və karotin meyvənin hüceyrə şirəsində həll olmadığından əsasən çeçədə qalır. Karotin insan orqanizimində A vitamininə çevrildiyindən ərikdən lətli şirə hazırlamaq daha yaxşıdır.

Ərik meyvələri tam yetişmiş olmalıdır. Onlar kənar qarışıqlardan təmizlənir, yuyulur, çəyirdəyi çıxarılır, yumşalana qədər suda 10 dəq. pörtülür. 1 kq əriyə 2-3 stəkan su əlavə etmək olar. Ərik pörtüldükdən sonra sudan çıxarılır, xırda gözcüklü ələkdən sürtülüb keçirilir. Ərik pörtülmüş suda 15%-li şəkər şərbəti bişirilir, 5-10dəq, qaynadılıb süzülür.

Ərik şirəsi şəkər şərbəti ilə 1:1 nisbətində qarışdırılır, başqa sözlə 1 litr püreyə 1 litr 15% -li şəkər şərbəti götürülür. Püreni şərbətlə yaxşıca qarışdırıb, qaynayanadək qızdırırlar. İsti ərik şirəsini banka və ya butulkalara töküb, yarımlitrlik bankalarda 20 dəq, litrlik bankaları 30 dəq, üçlitrlik bankaları 45-40 dəq pasterizə edirlər. Bankaları germetik bağlayıb , qapağı üstə soyudur, qaranlıq və sərin yerdə saxlayırlar. Saxlanılma zamanıl çöküntü verərsə, istifadə edildikdə yaxşı qarışdırılaraq stəkan və bokallara süzülür.