Resept:Ərik kompotu
Ərik kompotu - Qida qəbulundan (əsasən nahar və şam yeməyindən) sonra, toy və ziyafət məclislərində, qonaq qəbul edildikdə, isti günlərdə susuzluğu yatırmaq üçün içilir.
Tərkibi
redaktəBu içkidən 4 pay hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır:
Ərik – 250 q, şəkər – 120 q, şərab – 20 q, limon turşusu – 0,8 q, su - 4 stəkan.
Hazırlanma qaydası
redaktəƏrik meyvələri yuyulub, qabığı, özəyi və ya çəyirdəyi təmizlənir, 5-8 bərabər hissəyə doğranıb turşulaşdırılmış suya salınır. Qabıq və özəyə su əlavə edilib 10-12 dəqiqə bişirilir və süzülür. Həmin suda şəkər həll edilib meyvələr əlavə edilir. 6-10 dəqiqəyə qədər bişirilir. Kompotu ətirləndirmək üçün ona limon və ya portağal qabığı, yaxud darçın əlavə etmək lazımdır. Soyuduqdan sonra üzüm şərabı qatıb, qablara tökür və soyuq yerdə saxlayırlar. Zərif ərik sortlarından kompot hazırladıqda, meyvə qaynayan suya tökülüb, dərhal götürülür və soyuyana qədər qapağı örtük halda saxlanılır. Bu zaman kompotun suyu şəffaf, meyvələr isə bütöv olur.