Resept:Ətli kövrək
Un, duz və su qarışdırılaraq əldə edilən xəmirdən yumru parçalar bölünər, oxlov ilə nazildilərək kövrək halına gətirilər.Kövrək saçlar üzərində bişirilər. Bir az soyuması gözlənilər, sonra genişcə bir nimçəyə qırılaraq yayılar. Bir neçə qat edilib nimçəyə qoyulan kövrəyin üzərinə qaynadılmış isti ət suyu tökülərək isladılar. Nimçənin ortasına qaynadılmış parça ətlərdən qoyular, isti xidmət edilər.[1]