Resept:Əvəlik şorbası

Cek kəndində hazırlanmış əvəlik

Əvəlik Şorbası — Əsasən, Qarabağda məşhurdur. Qədim torpaqlarımız olan Qars, İğdır, Ərzurum, Van bölgələrində də çox bişirilir.Sağlamlığa faydalıdır. Xalq arasında soyudəymə zamanı müalicə üçün istifadə edilir.

Tərkibi

redaktə
  • 1 ədəd soğan
  • 1 ədəd kartof
  • 1 kasa yaşıl mərcimək
  • 1 kasa düyü
  • 1 ovuc əvəlik yarpağı
  • Ət suyu, yağ, sous, pulbibər,su

Hazırlanması

redaktə

Əvəlik yarpaqları bir qazana qoyulub biraz qaynadılır.Sora yaşıl mərcimək qaynadılır. Kartof küp küp doğranılır və hazır saxlanılır. Əvvəl soğan doğranıb yağla qovrulur və sonra sous və pulbiber qatılır. Soyuq su əlavə edildikdən sonra bir kasa düyünu suyun içinə boşaldılır. Kartof və ardından yaşıl mərcimək əlavə edilir və ən son duzu da qatılaraq qaynamağa qoyulur.Çox qatılaşarsa üzərinə biraz su tökərək isdədiyiniz formanı ala bilərsiniz.

Mənbə

redaktə