Resept:Əzgil suyu

Əzgil suyu - qida qəbulundan (əsasən nahar və şam yeməyindən) sonra, toy və ziyafət məclislərində, qonaq qəbul edildikdə və başqa şadyanalıqda, isti günlərdə susuzluğu yatırmaq üçün içilir.

Hazırlanma qaydası

redaktə

Əzgil suyu hazırlamaq üçün ətliyin bərk olan əzgili toplayıb, təmiz yuyur, küplərə doldururlar. Qaba əzgili yarıdan bir az yuxarıya qədər doldurub, üzərinə doluncaya qədər su tökürlər. Qabın ağzını bərk bağlayır və qapağın ağzına daş qoyurlar. Bu minvalla əzgil suyun içərisində 25-30 gün saxlanılır. Bu müddət ərzində əzgil suyu yetişib hazır olur.

Əzgil suyu tənzifdən süzülür, stəkan və ya qrafinlərə tökülüb süfrəyə verilir. Əzgil dəni isə boşqaba qoyulur, çərəz kimi yeyilir. Əzgil suyundan Quba-Xaçmaz bölgəsində daha çox istifadə edilir. Əzgil suyunun dad və ətrinin yaxşılaşdırmaq üçün üzərinə bir qədər nanə göyərtisi əlavə etmək olar.