Resept:Ağ lobya salatı

Lazım olan ərzaqlar

redaktə

Təxminən 4 pay üçün

  • 1 1/2 stəkan quru ağ lobya - gecədən suda isladılmış
  • 1 ədəd orta boy soğan - yarıya bölünüb, uzunsov doğranmış
  • 1 stəkan xırda-xırda doğranmış cəfəri
  • 1 ədəd orta boy yaşıl Bolqar bibəri - xırda-xırda doğranmış
  • 2 ədəd orta boy pomidor, xırda-xırda doğranmış
  • 1/4 stəkan zeytun yağı
  • zövqə görə sıxılmış limon suyu və ya sirkə
  • zövqə görə duz
  • zövqə görə istiot
  • 1 ədəd bərk bişmiş yumurta - 4 dilimə bölünmüş
  • bir neçə ədəd qara zeytun
  • sumax və yaxud şirin qırmızı bibər tozu

Qeyd: Tərəvəz, göyərti, zeytun yağı, limon və ya sirkənin miqdarını zövqə görə azaltıb çoxalda bilərsiniz.

Hazırlanma qaydası

redaktə
  1. Lobyanı süzüb suda yumuşalanadək bişirin. Süzüb iri bir qaba qoyun.
  2. Soğanı təxminən 1 x. qaşığı duzla ovun ki, acı suyu çıxsın və yumuşalsın. Sonra isə soğanı yuyun və əlinizlə suyunu sıxıb atın. Soğanı lobyaya əlavə edin.
  3. Yumurta, zeytun, sumax və ya bibər tozundan başqa bünün ərzaqları lobyaya əlavə edib qarışdırın.
  4. Salatı servis qabına yerləşdirib, yumurta dilimləri və zeytunla bəzəyin. Yumurtanın üstünə azca ya sumax, ya da bibər tozu səpin.

Mənbə

redaktə