Resept:Ağcaqayın sirobu
Ağcaqayın sirobu (Fransızca: Sirop d'Érable, İngiliscə: Maple syrup) ağcaqayından əldə edilən şirin bir sirobdur. Amerika Birləşmiş Ştatları və Kanadada vafli və pancake ilə birlikdə çox istifadə olunur. Sirobda çoxlu miqdarda saxaroza cəmlənir.
Sirob haqqında
redaktəAvropalılar Amerikaya ayaq basmazdan əvvəl, Alqonkin xalqının sinzibuckwud (Azərbaycan dilində ağacdan çəkilmiş) adı ilə istehsal etdiyi sirob, ağacın gövdəsinə bir kəsiyin atılması və ya kran bağlanaraq öz suyunun yığılması ilə əldə edilirdi. Sonra isə qaynadılaraq konsistensiyaya (tutarlılığa) gətirilir və hazırlanır.
Dünyada ən çox Kanadada istehsal olunur. ABŞ-da isə Vermont ən çox istehsal edən regiondur. Bu regionda ildə 1700 m³ şərbət istehsal olunur. Bunun ardınca Men və Nyu-York ştatları gəlir