Resept:Alça turşusu
Tərkibi
Yetişmiş alça 1-2 budaq nanə 1-2 tikə qənd 1 qəhvə fincanı sirkə 5-6 ədəd istiot 1/2 desert qaşığı duz Qaynar su
Apardığı qədər sirkə
Banka
Hazırlanması:
Alçaları quru bankaya yığıb aralarına nənə yarpağı yerləşdiririk. Üzərinə 1 qəhvə fincanı sirkə,1 dolu qaşıq duz, 6 ədəd istiot və 1 parça qənd qoyuruq. Banka tam doldurulandan sonra,qaynar su töküb ağzını möhkəm bağlayıb tərs çeviririk. Budur,alça turşumuz artıq hazırdır.