Resept:Albalı-gilas şirəsi
Albalı-gilas şirəsi – Qida qəbulundan (əsasən nahar və şam yeməyindən) sonra, toy və ziyafət məclislərində, qonaq qəbul edildikdə və başqa şadyanalıqda, isti günlərdə susuzluğu yatırmaq üçün içilir.
Hazırlanma qaydası
redaktəHazırlamaq üçün ayrı-ayrılıqda hazırlanmış albalı şirəsindən 60%, gilas şirəsindən 35% götürüb qarışdırılır, tənzifdən və ya xırda deşikləri olan plastmas ələkdən süzülür, emallı qazanda 80-85°C temperatura qədər qızdırılır, sterilləşdirilmiş bankalara tökülür, yarımlitrlik bankalkar 10-15 dəqiqə, litrlik bankalar 15-20 dəqiqə, üçlitrlik bankalar isə 30 dəqiqə, qaynayan suda pasterizə edilir. Başqa üsulda şirəni qaynayana qədər qızdırıb sterilləşdirilmiş bankalara tökərək dərhal ağzını germetik bağlayır, pasterizə etmədən qapağı üstə qoyub soyudulur.