Resept:Albalı tortu
Albalı tortu | |||
---|---|---|---|
Kateqoriya: | Tortlar | ||
Porsiya: | 6 | ||
Enerji qiyməti: | 1000-800 kkal. | ||
vaxt: | 2-3 saat | ||
Hazırlanma mürəkkəbliyi: | |||
Tərkibi
redaktəXəmir üçün
redaktə- 5 yumurta
- 1 st.şəkər
- 1 st. un
- 1 çimdik duz
Krem üçün
redaktə- 750 qr xama
- 150 qr şəkər
- 100 qr qoz
- 360 qr öz suyunda konservləşdirilimiş albalı
Hazırlanması
redaktəYumurta sarıları ağından ayrılır. Yumurta ağı azca duzlanış soyuducuya qaldırılır. Yumurta sarıları şəkərlə çırpılır, sonra un əlavə edilib qarışdırılır. Soyuducuda soyumuş yumurta ağı da pudra şəkəri ilə çırpılıb, digər qarışığa əlavə edilir.
Xəmir yağlanmış listə qoyulur və 160 dərəcədə bişirilir. Hazır biskvit 2-3 hissəyə bölünür. Xama şəkərlə krem halına gələnə qədər çırpılır. Biskvit üzərinə xırdalanmış qoz səpilir. Qozun üzərinə albalılar düzülür. Sonra krem çəkilir. 2-ci biskvitlə örtülür və yenidən krem çəkilir. Sonda üzərini bəzəmək üçün rəndələnmiş şokalad və albalılardan istifadə olunur.