Resept:Alma-albalı şirəsi

Alma-albalı şirəsi – Qida qəbulundan (əsasən nahar və şam yeməyindən) sonra, toy və ziyafət məclislərində, qonaq qəbul edildikdə və başqa şadyanalıqda, isti günlərdə susuzluğu yatırmaq üçün içilir.

Hazırlanma qaydası

redaktə

Hazırlamaq üçün 80% alma şirəsi, 15% albalı şirəsi götürülüb qarışdırılır, tənzifdən və ya ələkdən süzülür, üzərinə 5% şəkər şərbəti əlavə edilir. Şəkər şərbəti 5%-li bişirilir.

1 litr qarışıq şirə almaq üçün 800 ml alma şirəsi, 150 ml albalı şirəsi, 50 ml şərbəti götürülür. Şirə emallı qazanda 80-85°C temperatura qədər qızdırılır, bankalara tökülüb, qaynayan suda pasterizə edilir. Şirəni qaynayana qədər qızdırıb, "istihalda tökmə" üsulu ilə də konservləşdirmək olar.