Resept:Alma-yerkökü şirəsi

Alma-yerkökü şirəsi - Qida qəbulundan(əsasən nahar və şam yeməyindən) sonra, toy və ziyafət məclislərində, qonaq qəbul edildikdə və başqa şadyanalıqda, isti günlərdə susuzluğu yatırmaq üçün içilir.

Hazırlanma qaydası

redaktə

Hazırlamaq üçün alma və yerkökündən ayrıca şirə hazırlanır, 80% alma şirəsi, 20% yerkökü şirəsi götürülür, qarışdırılır, süzülür, bankalara tökülür və pasterizə edilir. Uşaqların qidasında istifadə etmək məsləhət görülür. Zövqünüzə görə alma-yerkökü şirəsində yerkökü şirəsinin miqdarını 50%-ə qədər artırmaq olar. Bu zaman 5%-ə qədər 50%-li şəkər şərbəti əlavə etsəniz, şirənin dadı yaxşılaşar. Məsələn, 1 l qarışıq şirə üçün 500 ml alma şirəsi, 450 ml yerkökü şirəsi və 50 ml şəkər şərbəti qarışdırılır.