Resept:Alma şirəsi

Alma şirəsi – Azərbaycanda qida qəbulundan(əsasən nahar və şam yeməyindən) sonra, toy və ziyafət məclislərində, qonaq qəbul edildikdə və başqa şadyanalıqda, isti günlərdə susuzluğu yatırmaq üçün içilir.

Hazırlanma qaydası

redaktə

Alma şirəsi bir neçə üsulla hazırlanır:

  • Birinci üsul

Şirə hazırlamaq üçün Adi Anton, Zolaqlı Ənis, Sarı Belfler, Boyken, Cırhacı, Conatan, Ağ qəlvil, Qəndil-sinap, Ağ naliv, Qış qızıl parmeni, Şafran pepini, Orlean reneti, Landsberq reneti, Simerenko reneti, Şampan reneti, Ağ rozmarin, Sarısinap, Sarı-turş, Titovka, Şirvan-tacı və digər ləti bərk, lakin şirəli alma sortlarından istifadə edilir. Çox şirin almalardan alınan şirəni turş və turşaşirin alma şirələri ilə qarışdırmaq məsləhət görülür. Almanı yuyub, 2 və ya 4 hissəyə bölün. Sonra almaları şirəçəkən maşından keçirib alınan şirəni sıx parçadan və ya dörd qat tənzifdən süzün. Əgər alınmış şirə turş olarsa, hər litrə iki xörək qaşığı toz-şəkər əlavə etmək olar. 1l turş alma şirəsinə 1st. Şirin armud şirəsi qatıldıqda şəkər əlavə etmək lazım deyildir. Hazır şirəni emallı qazanda qaynayana qədər qızdırıb, sterilləşdirilmiş bankalara ağzınacan qaynar-qaynar doldurmaq və dərhal tənəkə qapaqla germetik bağlamaq lazımdır. Qapaqları əvvəlcədən 2-3 dəq. qaynar suda saxlayın. Şirə dolu bankaları qapağı üstə qoyub soyudun. Bu üsulla şirə hazırladıqda əlavə pasterizasiyaya ehtiyac qalmır. Şirənin vitaminlərinin qorunub saxlanması məqsədilə, alınmış şirəni 80-85 °C temperatura qədər qızdırıb bankalara tökün, yarımlitrlik bankaları 10-15 dəq, litrlik bankaları 15-20 dəq, üçlitirlik balonları isə 30 dəq. qaynayan suda pasterizə edin. Bankaları germetik bağlayıb qapağı üstə soyudun. Alma şirəsini qaranlıq və sərin yerdə bir ilə qədər saxlamaq olar. Alma şirəsində 9-12% və daha çox quru maddə, 0,3-1,0% üzvi turşu olmalıdır. Şəkər turşu əmsalı 10-dan az olan şirənin dadı turş olur.

  • İkinci üsul

Almalar yuyulur, zədəli hissələr və toxum kamerası kəsilib atılır, ətçəkən maşından keçirirlər. Kütləni sərin yerdə bir gün saxlayırlar.Bundan sonra şirəni sıxıb, 2 gün soyuq saxlayırlar ki, şirə şəffaflansın. Şirəni qalın parçadan kisəyə töküb süzür, çeçəni sıxır və alınmış şirəni 5 dəq. qaynadır, quru və təmiz bankalara töküb geremetik bağlayırlar. Qapağı üstə soyuayna qədər saxlayıb, qaranlıq və sərin yerə qoyurlar.