Resept:Alma kompotu

Alma kompotu - Azərbaycanda qida qəbulundan(əsasən nahar və şam yeməyindən) sonra, toy və ziyafət məclislərində, qonaq qəbul edildikdə, isti günlərdə susuzluğu yatırmaq üçün içilir.

Tərkibi

redaktə

Bu içkidən 4 pay hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır:

Alma – 250 q, şəkər – 120 q, şərab – 20 q, limon turşusu – 0,8 q, su - 4 stəkan.

Hazırlanma qaydası

redaktə

Alma meyvələri yuyulub, qabığı, özəyi və ya çəyirdəyi təmizlənir, 5-8 bərabər hissəyə doğranıb turşulaşdırılmış suya salınır. Qabıq və özəyə su əlavə edilib 10-12 dəqiqə bişirilir və süzülür. Həmin suda şəkər həll edilib meyvələr əlavə edilir. Bundan sonra 6-15 dəqiqə bişirilir. Kompotu ətirləndirmək üçün ona limon və ya portağal qabığı, yaxud darçın əlavə etmək lazımdır. Soyuduqdan sonra üzüm şərabı qatıb, qablara tökür və soyuq yerdə saxlayırlar. Zərif alma sortlarından kompot hazırladıqda, meyvə qaynayan suya tökülüb, dərhal götürülür və soyuyana qədər qapağı örtük halda saxlanılır. Bu zaman kompotun suyu şəffaf, meyvələr isə bütöv olur.