Resept:Alma ruleti

Tərkibi

redaktə
  • 4 turş alma
  • 4 yumurta
  • 4 x.q. un
  • 4 x.q. şəkər
  • 4 x.q. bitki yağı
  • yarım ç.q.darçın
  • zövqə görə kişmiş

Hazırlanması

redaktə

Almalar iri gözlü mətbəx rəndəsindən keçirilir. İstər tavada, istərsə də duxovka listində üzərinə darçın və kişmiş tökülərək bişirilir.

Yumurtaların ağı sarısından ayrılaraq şəkərlə köpük halı alana qədər çırpılır.

Sonra ehtiyatla hər bir yumurta sarısı bu qarışıma əlavə edilərək qaşıqla qarışdırılır. Ardından un və bitki yağı əlavə edilib qarışdırılır.

Hazırlanmış xəmir duxovkada bişmiş almanın üzərinə 0,5 sm qalınlıqda tökülür və 180 dərəcədə təxminən 20 dəqiqə bişirilir.

Rulet bişib hazır olduqdan sonra təmiz bir dəsmal üzərinə elə qoyulur ki, alma qatı üst tərəfdə qalsın.

Rulet hələ istiykən dəsmalın köməyi ilə bükülür, üzərinə pudra şəkəri tökülür.

Mənbə

redaktə