Resept:Almalı keks
Almalı keks | ||
---|---|---|
Kateqoriya: | Avropa mətbəxi | |
Porsiya: | 6 | |
Enerji qiyməti: | 1000-800 kkal. | |
vaxt: | 2 saat | |
Hazırlanma mürəkkəbliyi: | ||
Tərkibi
redaktə- 2 stəkan un,
- 3 ədəd yumurta,
- 8 xörək qaşığı şəkər,
- 1 paket qabartma tozu,
- 4 xörək qaşığı süd,
- 1 çay qaşığı darçın,
- 2 alma.
Hazırlanması
redaktəToz şəkəri və yumurtanı çırpırıq. Qarışığa; un, süd və qabartma tozunu əlavə edirik və yağlanılmış qəlibə tökürük. Almaları soyub, yarım ay şəklində dilimləyirik. Dilimləri keks xəmirinin üzərinə düzürük. Son olaraq üzərinə darçın səpib, əvvəlcədən isidilmiş 180 dərəcəlik sobada 25 dəqiqə bişiririk.