Resept:Ananas salatı
Ərzaqlar
redaktə- 250-300 qram vetçina və ya toyuğun döş əti
- 2-3 ədəd kartof
- 4-5 ədəd yumurta
- 4-5 konservləşdirilmiş ananas halqası
- 1 ədəd soğan
- 1 ədəd alma
- 1 çay qaşığı limon şirəsi
- Qoz ləpəsi
- Mayonez
- Duz, istiot
Hazırlanma qaydası
redaktəKartofu, yumurtaları bişirib təmizləyin. Ərzaqları sürtkəcdən keçirib ayrı-ayrı qablara yığın, çalışın sürtkəcin iri gözündən istifadə edin. Vetçinanı (və ya toyuq ətini), soğanı xırda-xırda doğrayın. Sonra almanın qabığını soyub sürtkəcin iri gözündən keçirib, üzərinə limon şirəsi səpin.
Ananasın şirəsini süzüb xırda-xırda doğrayın.
Hazırlanmış ərzaqları oval formalı qabda aşağıdakı kimi qatlarla düzün:
- 1-ci qat: kartofun yarısı, duz, istiot, mayonez
- 2-ci qat: soğanın yarısı, duz, istiot
- 3-cü qat: vetçinanın yarısı (və ya toyuq), bir az mayonez
- 4-cü qat: almanın yarısı
- 5-ci qat: yumurtanın yarısı, duz, istiot, mayonez
- 6-cı qat: ananasın yarısı
- 7-ci qat: kartofun yarısı duz, isiot, mayonez
- 8-ci qat: vetçinanın yarısı (toyuq), bir az mayonez
- 9-cu qat: azca soğan, duz, istiot, mayonez
- 10-u qat: almanın yarısı
- 11-ci qat: ananasın yarısı
- 12-qat: yumurta, duz, istiot, mayonez
Salatın yuxarı qatını kəsilmiş qoz ləpəsi və göy soğan ilə bəzəyin.