Resept:Arnavut ciyəri

Arnavut ciğeri

Tərkibi

redaktə

1 qoyun qaraciyəri, 1/2 stəkan un, 1 stəkan duru yağ, 1.5 şorba qaşığı qırmızı bibər, 2 soğan, 1 dəstə cəfəri, duz.

Hazırlanması

redaktə

Ciyərin pərdələrini soyun. Yarım barmaq enində dilimlərə doğrayın. Yuyun və sularını süzün. Ciyərlərin suyu yaxşıca süzülüb quruyduqdan sonra una bulayın. Qızğın maye yağa düzərək gözləyin. 1 dəqiqyə qədər bişirin. Tavadan alın. Çıxarıb, üzərinə duz səpin.

Tavadaki yağın üçdə birinə qırmızı bibəri səpin. Qızartdıqdan sonra ciyərlərin üzərinə gəzdirin. Soğanları soyub, xırda doğrayın. Duz səpib əlinizlə duzu soğana yaxşıca yedirin. İçinə incə doğranmış cəfəri qarışdırın. Ciyərin yanında süfrəyə verin.

Mənbə

redaktə