Resept:Böyürtkən şirəsi

Böyürtkən şirəsi – Qida qəbulundan (əsasən nahar və şam yeməyindən) sonra, toy və ziyafət məclislərində, qonaq qəbul edildikdə və başqa şadyanalıqda, isti günlərdə susuzluğu yatırmaq üçün içilir.

Hazırlanma qaydası

redaktə

Şirə hazırlamaq üçün irigiləli, şirəli və tumu çox xırda olan böyürtkən götürülür. Böyürtkən əvvəlcə taxta həvənglə əzişdirilir, 42-45 °C temperatura kimi qözdırılır. 4-6 saat saxlanılır, əvvəlcə süzgəcdən süzülür, yerdə qalan cecə qalın parçadan tikilmiş kisəyə (torbaya) tökülüb, üzərinə ağıryük qoyulur. Kisədə qalan cecənin üzərinə qaynanmış su (1 kq meyvəyə 1 stəkan, yəni 200 qr.) əlavə edilir. Yaxşı-yaxşı qarışdırıldıqdan sonra 2-3 saat saxlanılır və yenidən sıxılıb süzülür.Əldə edilən şirələr qarışdırılır. 80-85 °C temperatura kimi qızdırılır.Bankalara tökməzdən əvvəl 4 qat tənzifdən süzülür.Yarım litirlik bankalar 12-15 dəqiqə, Litirlik bankaları 20 dəqiqə, üçlitrlik balonlar isə 30-35 dəq. qaynayan suda pasterizə edilir. Bankaları laklanmış tənəkə qapaqla germetik bağlayıb, qapağı üstə qoyulur və soyudulur. Qaranlıq və sərin yerdə bir ildən çox olmamaq şərtilə saxlanıla bilər.