Resept:Badımcan kotleti

Ərzaqlar

redaktə
  • 300 qr çəkilmiş ət
  • 1 ədəd yumurta
  • 1 ədəd soğan
  • 1-2 dilim boyat çörək (isladılıb, suyu sıxılmış)
  • Doğranmış cəfəri
  • Zövgə görə duz, istiot
  • 2-3 ədəd badımcan
  • 1 ədəd pomidor
  • 2 ədəd bibər

Sous üçün:

  • 2 ədəd pomidor
  • 1 çay qaşığı tomat pastası
  • kəklikotu, su


Hazırlanma qaydası

redaktə

Əvvəl əti təmizləyib sümükdən ayırıb, ət maşınından çəkirsiz. Üzərinə yumurtanı, soğanı, boyat çörəyi, doğranmış cəfərini, duz, istiotu əlavə edib qarışdırın və 10-15 dəqiqə yaxşıca yoğurun. Sonra1-2 saat soyuducuda saxlayın.

Badımcanları soyub, uzun-uzun dilimləyin. Üzərinə duz səpib və acısını cıxarın. Sonra onları yuyub, təmiz dəsmalla qurulayın. Bol yağda badımcanları qızardın.

Çəkilmiş kütlədən badımcanların sayı qədər kotlet tutub qızardın. Hər bir badımcan diliminin üzərinə bir kotlet qoyub səliqəli rulet kimi bükün. Sonra tavaya qoyub üzərinə bibər, pomidor dilimlərini əlavə edib, ortasından nazik çubuqla ortasından keçirin ki, açılmasın.

Sürtgəcdən keçirilmiş pomidoru, tomat pastasını, kəklikotu və su ilə hazırlanmış sousu üzərinə əlavə edib, 160-170 dərəcədə isidilmiş sobada bişirin.

Mənbə

redaktə