Resept:Badımcan salatı
Badımcan salatı | |||
---|---|---|---|
Kateqoriya: | Salatlar | ||
Porsiya: | 6 | ||
Enerji qiyməti: | 200 kkal. | ||
vaxt: | 50 dəq. | ||
Hazırlanma mürəkkəbliyi: | |||
Lazım olan ərzaqlar
redaktə- 300 q badımcan
- 1 ç/q duz
- 2 ədəd baş soğan
- 60 ml bitki yağı
- 20 ml sirkə
- 300 q pomidor
- 1/4 ç/q qara istiot
- Keşniş, cəfəri
Hazırlanması
redaktəBadımcanın qabığını soyub 1-1,5 sm qalınlığında dairə şəklində doğrayın. Acılığını çıxarmaq üçün 10-15 dəqiqə duzlu suda saxlayın. Soğanı halqa şəklində doğrayın. Badımcanları və soğanı ayrılıqda qızardın. Qızardılmış ərzaqları qaba töküb üstünə doğranmış pomidor, duz, istiot, sirkə və xırda doğranmış göyərtini əlavə edin.