Resept:Bahar salatı
Bahar salatı | |||
---|---|---|---|
![]() | |||
Kateqoriya: | Azərbaycan mətbəxi | ||
Porsiya: | 5 | ||
Enerji qiyməti: | 400-500 kkal. | ||
vaxt: | 30 dəq. | ||
Hazırlanma mürəkkəbliyi: | ![]() | ||
LazımdırRedaktə
- Turp (ağ və qırmızı) – 100 q.,
- yumurta - 2 əd.,
- xiyar – 100 q.,
- bolqar bibəri - 100 q.,
- yerkökü – 50 q.,
- yaşıl kahı – 20 q.,
- göy soğan, şüyüd - 50 q.,
- mayonez - 100 q.,
- duz.
HazırlanmasıRedaktə
Ağ turpun qabığı soyulur. Ağ və ya qırmızı turp nazik dilimlərlə doğranır və təpəcik şəklində boşqaba yığılır. üzərinə mayonez əlavə edilir, dairəvi kəsilmiş xiyar, bibər, yerkökü, dilimlərə bölünmüş yumurta və kahı ilə bəzənir. Üstünə şüyüd, soğan səpilir. Ortasına gül formasında kəsilmiş turp qoyulur.