Resept:Bakı paxlavası

Tərkibi

redaktə
  • Əla buğda unu - 240q,
  • ərinmiş yağ - 60q,
  • üzlü süd - 80q,
  • yumurta - 1əd, maya - 8q,
  • təmizlənmiş badam və ya qoz ləpəsi - 200q,
  • şəkər - 200q, *zəfəran - 0,4q,
  • vanilin - 0,2q,
  • bal - 20q.

Hazırlanması

redaktə

Xəmirin yoğrulması və için hazırlanması şəkərburada olduğu kimidir. Xəmir 0,5mm qalınlığında yayılır. Tavanın dibinə yağ sürtülür və xəmir qatı sərilib üstünə 3-04 mm qalınlığında iç tökülür. İçliyin üstünə ikinci xəmir qatı salınır, yağ sürtülüb yenidən içlik tökülür və bu qayda 8-10 qata qədər davam etdirilir. Sonra paxlava 10x4 sm ölçüdə romb şəklində kəsilir, üst qatına zəfəran şirəsi qatılmış yumurta sarısı çəkilir. Hər paxlavanın ortasına yarım ləpə və ya püstə qoyulur. Paxlavanı 180-200 S-də 35-40 dəqiqə bişirirlər. Hazır olmağa 15 dəq. qalmış üstünə şərbət və yaxud bal tökülür.