Resept:Bakı qorabiyyəsi
Bakı qorabiyyəsi | |
---|---|
Kateqoriya: | Şirniyyatlar |
Porsiya: | 10 |
Enerji qiyməti: | 1000-2000 kkal. |
vaxt: | 2-3 saat |
Hazırlanma mürəkkəbliyi: |
Tərkibi
redaktə- Əla növ buğda unu - 583q,
- kərə yağı - 350q,
- şəkər kirşanı - 152q,
- yumurta ağı - 40q,
- iç üçün ərik püresi - 30q,
- şəkər tozu - 30q.
Hazırlanması
redaktəKərə yağı şəkər kirşanı ilə yaxşı qarışdırıldıqdan sonra ona yumurta ağı əlavə edib çalınır, ələnmiş un vurulur və yaxıntılı konsistensiyalı xəmir yoğrulur. Xəmir çobanyastığı, sübüqcuqlar və digər formada 25-28 q çəkidə listlərə çökdürülür. Çobanyastığı formalı qorabiyyələrin ortasında oyuqlar açılır və oraya meyvə püresi və şəkər tozundan hazırlanmış iç qoyulur. İçin miqdarı hər peçenye üçün 2-2,5 qramdır. Qorabiyyə 250-2700 S-də 9-10 dəqiqə bişirlir.