Balıq şorbası |
|
Kateqoriya: | Azərbaycan mətbəxi |
Porsiya: | 4 |
Enerji qiyməti: | 1000-2000 kkal. |
vaxt: | 1 saat. |
Hazırlanma mürəkkəbliyi: |
|
- 1 kq balıq,
- 1 şirniyyat qaşığı rəndələnmiş limon qabığı,
- 1 çay qaşığı duz,
- 1 çay qaşığı istiot,
- 2 limonun suyu,
- 2 şorba qaşığı zeytun yağı
- 3 soğan,
- 6 qabığı soyulmuş pomidor,
- 2 kereviz saplağı,
- 500 q kartof,
- 5 stəkan balıq suyu,yaxud da su,
- 2 qaşıq cəfəri,
- 2 şirniyyat qaşığı kəklikotu,
- 4-5 dilim çörək,
Təmizlənmiş balıqları böyük bir qaba yerləşdirin.
Üzərinə limon qabığı rəndəsi, duz,
İstiot səpdikdən sonra, limon suyunu və zeytun yağını da əlavə edərək bir tərəfə qoyun.
Soğanları incə-incə doğrayın.pomidorların qabığını soyub incə-incə doğrayın.
Kerevizləri də yuyub incədoğrayın.
Kartofları soyub küp-küp doğrayın.
Sonra soğanı, pomidoru, kərəvizi, kartof və balıq suyunu, yaxud da suyu bir qazana qoyub yüksək atəşdə qaynadın.
Qaynamağa başlayıncavatəşi azaldaraq 30 dəqiqə kartoflar bişənə qədər bişirin.
Balıq qarışıqlı ərzaqları qazana yığın.
Cəfəri və kəklik otunu da qataraq 15-20 dəqiqə balıq qılçıqlardan ayrılana qədər bişirin.
Şorba kasalarına dilimlənmiş çörəkləri əlavə edin.
Balıqları kəfkir vasitəsi ilı qazandan alaraq qılçıqlarını ayırıb çörəklərin üzərinə əlavə edin.
Üzərinə şorbanı əlavə edin.