Resept:Bal tortu
Ərzaq
redaktə- Xəmir üçün 3 yumurta
- 1,5 stəkan şəkər
- 1,5 xörək qaşığı bal
- 100 qr yağ
- 3 stəkan un
- 1 çay qaşığı soda.
- Krem üçün 1 banka qatılaşdırılmış süd
- 200 qr kərə yağ.
Hazırlanma qaydası
redaktəYumurta şəkərlə çalınır, bal və yumşaq kərə yağı əlavə edilib qarışdırıla – qarışdırıla 5 dəq odun üstündə vamla bişirilir. Oddan götürəndən sonra qarışdırmaya ara vermədən ona 1 çay qaşığı çay sodası və tədricən un əlavə olunur. Sonra xəmir 5 – 6 yerə ayrılıb (təxminən 2 xörək qaşığı) un tökülmüş taxta üstündə 0,5 sm qalınlığında yayılır və 6 – 8 dəqiqə duxovkada bişirilir. Hər layın üstünə krem çəkilib üst – üstə yığılır. Üst qata da krem çəkilib yaymalardan çıxmış ovuntu səpilir.
Krem hazırlamaq üçün ağzı açılmamış qatılaşdırılmış süd bankası su olan qazana qoyulub 2 ssat qaynadılır. Fikir vermək lazımdır ki, süd qabı həmişə suyun içində olsun, əks təqdirdə banka partlaya bilər. Sonra banka soyudulur və yaxşı çalınmış kərə yağı ilə qarışdırılmış krem hazırlanır.