Resept:Balqabaq qutabı
Balqabaq qutabı | ||
---|---|---|
Kateqoriya: | Azərbaycan mətbəxi | |
Porsiya: | 10 | |
Enerji qiyməti: | 600-500 kkal. | |
vaxt: | 1 saat. | |
Hazırlanma mürəkkəbliyi: | ![]() | |
TərkibiRedaktə
- 1 kq balqabaq,
- 100 qr nar,
- 400 qr buğda unu,
- 4 baş soğan,
- 120 qr ərinmiş yağ,
- 0,4 qr darçın, duz.
Hazırlanma qaydasıRedaktə
Balqabaq soyulub xırda doğranılır, dayaz qazanda üstünə 0.5 stəkan su tökülüb qapağı örtülərək öz buğunda bişirilir. Soğan ayrıca yağda qızardılaraq balqabağa qatılır, duz, darçın və nar vurularaq qarışdırılır. Ələnmiş una su və duz qatılıb bərk xəmir yoğrulur, həmin xəmir 1 mm qalınlığında yayılır, kasa ağzı boyda dairələr kəsilir. Həmin dairələrin bir tərəfinə hazırlanmış balqabaq qoyulub, nar dənələri səpilir, aypara şəkilində bükülür və kənarları qatlanır, sacda, fırında və ya da tavada hər iki üzü qızardılır.
Süfrəyə verilməsiRedaktə
Süfrəyə verilən zaman qutabın üstünə ərinmiş yağ çəkilir.