Resept:Bayram peçenyesi
Lazım olan ərzaqlar
redaktə- Un-2 stəkan (260 qram)
- Kərə yağı-200 qram
- 1 yumurtanın ağı
- Şəkər pudrası-3 xörək qaşığı (70-80 qram)
- Qatılaşdırılmış süd-2-3 xörək qaşığı
- Südlü, yaxud, tünd şokolad–50-80 qram
- Ağ şokolad-1-2 dilim (5-7 qram)
Hazırlanması
redaktəİlk növbədə ovulan xəmir hazırlanır. Bu məqsədlə kərə yağı yumşaldılır, mikserdə şəkər pudrası ilə yaxşıca qarışdırılır. Sonra üzərinə yumurta ağı əlavə olunur və mikserdə tam həll olunana qədər çalınır. Bu proses bitdikdən sonra ona tədricən un əlavə edilib ələ yapışmayana qədər xəmir yoğurulur.
Alınan xəmir 3 ml qalınlığında yayılır. Xüsusi formaların köməyilə onlar cüt sayda kəsilir.
Kəsilmiş formaların hər ikisindən birinin ortası nisbətən oxşar kiçik forma ilə deşilir. Sonra həm ortası deşilmış, həm də bütövlər sobanın tavasında perqament kağızın üzərində öncədən 180 dərəcə istilikdə qızdırılmış sobaya qoyulub 12-15 dəqiqə ərzində qızarana qədər bişirilir. Hazır peçenyelər soyudulur.
Bütöv peçenyelər götürülür, onların üzərinə qatlaşdırılmış şirin süd yaxılır və ortası çıxarılmış peçenye onun üzərinə qoyulur. Bundan sonra boş ortaya ərinmiş südlü, yaxud qara şokolad doldurulur. Sonra ağ şokoladla üstü bəzənə də bilər. Qeyd edək ki, şokoladın əvəzinə peçenyenin ortasındakı boşluğu müxtəlif meyvələrin cemləri ilə doldurmaq olar.