Resept:Bezeli şaftalı piroqu
Bezeli şaftalı piroqu | |||
---|---|---|---|
Kateqoriya: | Piroqlar | ||
Porsiya: | 8 | ||
Enerji qiyməti: | 800 kkal. | ||
vaxt: | 45 dəq. | ||
Hazırlanma mürəkkəbliyi: | |||
Lazımdır
redaktə- 5 yumurta
- 1 ədəd marqarin yağı
- 3 stəkan şəkər tozu
- 2,5 stəkan un
- 2 şaftalı və ya limon
- qabartma tozu
- 1 ədəd xama
Hazırlanma qaydası
redaktəƏvvəlcə yumurtanın ağını sarısından ayırırıq,ilk öncə sarısını 1,5 stəkan şəkər tozu ilə çalırıq, üzərinə xama, yağ əlavə edib qarışdırırıq, daha sonra qabartma tozu və un əlavə edib qarışdırırıq. Xəmiri qaba yayırıq və 10-15 dəqiqə bişiririk. Sonra yumurtanın ağını çalırıq, üzərinə 1,5 stəkan şəkər tozu əlavə edirik və qarışdırırıq. Xəmiri sobadan çıxarıb üzərinə meyvələri düzürük sonra bezeni tökürük, təkrar bişməyə qoyuruq.