Resept:Bibər dolması
Bibər dolması | |
---|---|
![]() | |
Kateqoriya: | Dolmalar |
Porsiya: | 6 |
Enerji qiyməti: | 1000-1500 kkal. |
vaxt: | 2 saat |
Hazırlanma mürəkkəbliyi: | ![]() |
Lazım olan ərzaqlarRedaktə
- Qoyun əti - 163 q.
- Bibər - 215 q.
- Düyü - 15 q.
- Baş soğan - 20 q.
- Qoyun quyruğu - 20 q.
- Ərinmiş yağ - 20 q.
- Qatıq - 50 q.
- Darçın - 0,1 q.
- İstiot - 0,1 q.
- Duz
Hazırlanma qaydasıRedaktə
Bibər yuyulur, özəyi çıxarılır. Qoyun ətindən quyruq və soğanla qiymə hazırlanır. Qiyməyə duz, istiot və pörtlədilmiş düyü qatılıb qarışdırılır. Həmin qiymə bibərə doldurulur, yağda qızardılır və üstünə azacıq bulyon tökülüb 15-20 dəqiqə öz buğunda bişirilir.