Resept:Brussel ruleti

Tərkibi redaktə

  • 1 banka qatılaşdırılmış süd
  • 1 yumurta
  • 0,3 çay qaşığı soda
  • 0,5 çay qaşığı ağ sirkə
  • 1 paket krem
  • 1 stəkan əla növ un
  • şəkər pudrası və bəzəmək üçün meyvə

Hazırlanması redaktə

Qatılaşdırımış südü lazımı qaydada hazırlayırıq və soyuq olması üçün siyuducuya buraxırıq. Peçi 180°С dərəcəyə qədər qızdırırıq. Sodanı sirkə ilə qarışdırırıq. Un, yumurta və qatılaşdırılmış südü eyni zamanda bir – birinə qatırıq və bayaq hazırladığımız sodanı da bura əlavə edirik. Tavanın üzərini kalka kağızı ilə örtürük və yağlayırıq. Əldə edilmiş qarışımı tavaya uyğun doldururuq. 7- 8 dəqiqə peçdə bişiririk, qəhvəyi rəng alınan kimi götürürük. Peçdən çıxardıqdan sonra içərisinə krem çəkirik və rulet kimi bükməyə başlayırıq. Bunu rulet soyumayana qədər etmək lazımdır. Soyuduqdan sonra onu üzərinə şəkər pudrası tökürük və meyvə dilimləri, eyni zamanda yerdə qalmış kremlə bəzəyirik.

Mənbə redaktə