Resept:Buğlama
Buğlama qədim Azərbaycan yeməklərindən hesab olunur. Quzu ətindən hazırırlanan sulu xörəkdir.
Tərkibi: 0.5 kq Yağlı quzu əti 4 ədəd soyulmuş pomidor 3 ədəd bolqar bibəri 6-7 ədəd orta boy sogan 4-5 dilim sarımsaq 1 st. soyuq su duz, istiot
Hazırlanması: 1. soğanları uzun-uzun doğrayırıq,əti duzlayıb,istiotlayırıq ve soganla bir yerdə yaxşıca qarışdırırıq. 2. pomidorlar ve bibərləri də uzun-uzun doğrayırıq. 3. dənir qazana əvvəlcə ət və soğanı yerləşdirirk 4. bunların üzərinə bibərləri yerləşdiririk. 5. ən üstə pomidorları yerləşdiririk və istəyə görə duz istiot səpirik. 6. sonda 1 stəkan su töküb təxminən 2 saat vam ocaqda bişməyə qoyuruq. 7. və yeməyimiz hazırdır.