Resept:Cız-bız
Cız-bız | ||
---|---|---|
Kateqoriya: | Azərbaycan mətbəxi | |
Porsiya: | 6 | |
Enerji qiyməti: | 1500 kkal. | |
vaxt: | 0.5 saat. | |
Hazırlanma mürəkkəbliyi: | ![]() | |
TərkibiRedaktə
- Qoyunun içalatından – qara ciyər, ağ ciyər, böyrək, ürək
- Varsa bağırsaq
- Kartof
- İstəyirsinizsə pomidor, bibər
- Duz, istiot
- Yağ və ya qoyun quyruğu
HazırlanmasıRedaktə
Orta həcmdə içalat doğranılır və yağda (quyruq da əlavə etmək olar) qızardılır. Ayrıca soğan və kartof qızardılır. Sonra bunlar qarışdırılıb bir yerdə qızardılır.
Süfrəyə verilməsiRedaktə
Cız-bıza bütöv bişmiş pomidor da əlavə etmək olar, kartof isə uzunsov doğranılıb qızardılmış süfrəyə verilə bilər.
Cız-bız süfrəyə şoraba, göyərti və qırmızı soğanla verilir.
꧁𝐍𝐮ş 𝒐𝒍s𝒖𝒏꧂