Resept:Düşbərə
Düşbərə | ||
---|---|---|
Kateqoriya: | Xəmir xörəkləri | |
Porsiya: | 4 | |
Enerji qiyməti: | 1000-800 kkal. | |
vaxt: | 2 saat | |
Hazırlanma mürəkkəbliyi: | ||
Tərkibi
redaktə- un - 2 st.
- qoyun əti - 100 q.
- soğan - 2 baş
- keşniş, şüyüt, duz, istiot
- sarıkök və ya pomidor
Hazırlanma qaydası
redaktəSoğan və ət maşında çəkilir, üzərinə duz istiot əlavə edib qarışdırılır. Adi xəmir hazırlanır. 2 kündəyə bölünür. Kündələr yayılır və dördbucaqlı şəklində kəsilir. Kəsilmiş xəmirlərə ət qoyulur, papaq şəklində bürülür. Suyu qaynadıb üzərinə duz, sarıkök (və ya tomat) əlavə edilir. Daha sonra bükülmüş xəmirlər suya tökülür və 10 dəq. bişirilir.