Resept:Dəvə qutabı
Dəvə qutabı — Azərbaycan milli mətbəxinə aid yeməklərdən biri. Türkiyə və İran milli mətbəxində də aid edilir. Dəvə ətinin şirin dada malik olması onu fərqləndirən cəhətidir. Buna gorə də dəvə qutabı bu gunədək məşhurluğunu itirməmişdir. Hazırlanma qaydası: Ələnmiş una su və duz qatılıb bərk xəmir yoğrulur, sonra 1 mm qalınlığında yayılır. Boşqab ölçüsündə dairələr kəsilir. Dəvə əti maşından soğanla birlikdə çəkildikdən sonra içinə lavaşana və ya nar əlavə edilib qarışdırılır. Xəmirdən kəsilmiş dairələrin bir tərəfinə çəkilmiş dəvə əti qoyulub o, biri tərəfi üstünə qatlanır, aypara şəkilinə salınır, kənarları bükülür və qızdırılmış tavada yağda qızardılır. Süfrəyə verilən zaman qutabın üstünə sumaq səpilir.
Lazım olan məmulatlar:
- 400 qr dəvə əti
- 2 baş soğan
- 20 qr lavaşana və ya 40 qr nar
- 440 qr buğda unu
- 100 qr yağ, sumaq, darçın, duz və istiot.