Resept:Fərha-maxşi
Fərha-maxşi | |
---|---|
Kateqoriya: | Liviya mətbəxi |
vaxt: | 45 dəq. |
Tərkibi
redaktə- ədviyyat (zirə, istiot, darçın, zərdəçal (kurkuma), hil, mixək, zəncəfil, qızılgül ləçəyi, muskat cevizi, xardal toxumu)
- düyü
- toyuq budları
- kedr qozu
- bal
- zeytun yağı
- göyərti
- qırmızı şərab
Hazırlanması
redaktəƏdviyyatın hərəsindən bir az götürülüb qarışdırılır. Su qaynadılır, ədviyyat və düyü qaynadılmış suya tökülüb bişirilir. Bişdikdən sonra süzülür. Zeytun yağında kedr qozu qovrulur. Qoz, xırda doğranmış göyərti, ədviyyat düyüyə əlavə edilir.
Toyuq budunun sümükləri çıxardılır. Balla zeytun yağı qarışdırılır. Toyuq budunun dəri olan hissəsi bu qarışığa batırılır, sonra üzərinə istiot səpilir. Düyü ətin üzərinə bərabər yayılır. Rulet kimi bükülür. Folqa ruletin üzərinə çəkilir.
200 dərəcədə 45 dəqiqə bişirilir. Bişdikdən sonra soyudulur; zeytun və kərə yağında qızılı rəng alana qədər qızardılır.