Resept:Fransız salatı
Fransız salatı | |||
---|---|---|---|
Kateqoriya: | Salatlar | ||
Porsiya: | 6 | ||
Enerji qiyməti: | 200 kkal. | ||
vaxt: | 50 dəq. | ||
Hazırlanma mürəkkəbliyi: | |||
Lazım olan ərzaqlar
redaktə- 3-4 ədəd kartof
- 3 ədəd kök
- Çuğundur
- Bir qədər ağ kələm
- 1 ədəd baş soğan
- 500 qr mal əti
- Sirkə
- Soya sosu
- Qara və qırmızı istiot,duz
Hazırlanması
redaktəƏti xırda-xırda doğrayıb,az yağda tavada qızardırıq. Paralel olaraq kartofdan başqa (kartof sulanmasın deyə) bütün tərəvəzləri rəndədən keçiririk. Rəndələnmiş tərəvəzlərə qızardılmış əti əlavə edirik. Sonra kartofun qabığını soyub,onu da rəndələyirik və tavada qırmızı rəng alana qədər qızardırıq. Qızardılmış kartofu da Tərəvəzlər və ətin üzərinə əlavə edirik. 5% - li sirkə, soya sosu və ədviyyatları qarışdırıb salatın üzərində gəzdiririk. Salatımız hazırdır.