Resept:Göbələk tarlası salatı

Göbələk tarlası — salat növü

Tərkibi

redaktə
  • 300 qr toyuq döş əti
  • 3 yumurta
  • 300 qr göbələk
  • 2-3 ədəd kartof
  • 1 baş soğan
  • 60 qr rəndələnmiş pendir
  • Mayonez
  • Duz

Hazırlanması

redaktə

Toyuğun döş əti, kartof və yumurta hazır olana qədər qaynadılır. Göbələk xırda doğranıb soğanla bərabər qızardılır, duzlanır. Salat qat-qat olacaqdır:

1-ci qat Qaynadılmış toyuq əti didilir, salat qabını içərisinə qoyulub üzərinə mayonez çəkilir.
2-ci qat Kartof rəndədən keçirilir,duzlanır və mayonez çəkilir.
3-cü qat Eyni qayda ilə yumurta da rəndədən keçirilir, duzlanır və mayonez çəkilir.
4-cü qat Qızardılmış göbələk.
5-ci qat Rəndələnmiş pendir.

Hazır salatın üzəri mayonezlə örtülür, konservləşdirilmiş göbələklər və göyərti ilə bəzədilir.

Mənbə

redaktə