Resept:Göbələkli ət qovurması
Göbələkli ət qovurması | |
---|---|
Hazırlanma mürəkkəbliyi: |
Ərzaqlar
redaktə- Quzu əti - 0,5kq
- Soğan - 3 ədəd
- Göbələk - 1,5 stəkan
- Yağ - 2 x.q.
- Duz, istiot zövqə görə
Hazırlanması
redaktəYağı tavaya töküb isidin, sonra göbələkləri iri doğrayıb, üzərinə əlavə edin. Bir az qovrulduqdan sonra xırda doğranmış soğanı tökün. Bir neçə dəqiqə qızardıqdan sonra duz, istiot əlavə edin. Ətləri başqa bir tavada qızardın. Hazır olduqdan sonra göbələkli qarışığa qatıb, bir az sobada saxlayıb, isti halda süfrəyə verin.