Resept:Göyəmli sarımsaq turşusu
Göyəmli sarımsaq turşusu | |||
---|---|---|---|
![]() | |||
Kateqoriya: | Turşular | ||
Porsiya: | 10 | ||
Enerji qiyməti: | 100-80 kkal. | ||
vaxt: | 30 dəq. | ||
Hazırlanma mürəkkəbliyi: | ![]() | ||
Lazımdır Redaktə
- Sarımsaq – 500 q,
- göyəm – 500 q,
- dəfnə yarpağı – 3 ədəd,
- mixək – 5 əd.,
- ətirli istiot – 5 əd.,
- qara istiot – 5 əd., duz – 20 q,
- şərab sirkəsi – 400 q.
Hazırlanması Redaktə
Sarımsaq dişləri soyulub təmizlənir. Bankanın dibinə ədviyyat qoyulur, əvvəlcə duz vurulmuş sarımsaq dilimləri, sonra göyəm yığılıb üstünə şərab sirkəsi tökülür. Bankanın qapağı hermetik bağlanıb sərin yerdə saxlanılır.