Resept:Gülablı qovut
ƏrzaqlarRedaktə
- 50 qram qovrulmuş buğda;
- 30 qram qoz ləpəsi;
- 10 ml gülab;
- 30 qram şəkər;
- 0,5 qram zəfəran, darçın, keşniş toxumu.
HazırlanmasıRedaktə
Şəkərdən şərbət hazırlayıb soyudursuz. Zəfəran şirəsi, gülab əlavə edib, qovrulmuş buğdanı qəhvəüyüdən maşında üyüdüb, qoz ləpəsi və darçın, keşniş toxumu qatıb hamısını birlikdə yaxşıca qarışdırırsız. Alınmış kütlədən kökə şəklində formalar düzəldib, üzərinə naxışlar vurursuz.