Resept:Gəncə paxlavası
Gəncə paxlavası | |
---|---|
Kateqoriya: | Şirniyyatlar |
Porsiya: | 10 |
Enerji qiyməti: | 1000-2000 kkal. |
vaxt: | 2-3 saat |
Hazırlanma mürəkkəbliyi: |
Tərkibi
redaktəXəmir üçün:
- əla növ buğda unu - 300q,
- yumurta 1/2 əd.,
- duz - 3q;
İçlik üçün:
- Badam- 180q,
- şəkər tozu - 180q,
- darçın - 3q.;
Şərbət üçün:
- şəkər - 160q,
- bal - 40q.;
- Təbəqələrin arasına sürtmək üçün yağ - 40q,
- səthinə sürtmək üçün yumurta - ½ ədəd.
Hazırlanması
redaktəXəmir və içlik şəkərburada olduğu kimi hazırlanır. Xəmir 1-3 mm qalınlığında yayılır və yağ sürtülmüş listin içinə sərilir. Xəmirin üzərinə əridilmiş yağ sürtülür, bunun da üstünə üstünə yağ sürtülmüş ikinci qat xəmir salınır. Hər üç qatdan sonra 4-5 mm qalınlığında içlik yayılır. Gəncə paxlavası 23 qatdan ibarət olur, o cümlədən 18 qat xəmir, 5 qat isə badam içliyi. Peçə qoymazdan əvvəl paxlava romb şəklində kəsilir, üstünə yumurta sürtülür. Paxlava istiliyi 180-200 °S olan peçdə 30-35 dəq. ərzində iki dəfəyə bişirilir. Peçə qoyulandan 10-12 dəq sonra list çıxarılıb paxlavanın üstünə şərbət tökülür. Şərbət şəkər və baldan hazırlanır. Üstünə şərbət tökülmüş paxlava peçdə hazır olana qədər bişirilir. Paxlava bişirildiyi listdə də soyudulur.