Resept:Gilas kompotu
Gilas kompotu - Qida qəbulundan (əsasən nahar və şam yeməyindən) sonra, toy və ziyafət məclislərində, qonaq qəbul edildikdə, isti günlərdə susuzluğu yatırmaq üçün içilir.
Tərkibi
redaktəBu içkidən 4 pay hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır:
Gilas – 250 q, şəkər – 120 q, şərab – 20 q, limon turşusu – 0,8 q, su - 4 stəkan.
Hazırlanma qaydası
redaktəGilas meyvələri yuyulub, çəyirdəyi təmizlənir. Suda şəkər həll edilib meyvələr əlavə edilir. 6-8 dəqiqəyə qədər bişirilir.
Kompotu ətirləndirmək üçün ona limon və ya portağal qabığı, yaxud darçın əlavə etmək lazımdır. Soyuduqdan sonra üzüm şərabı qatıb, qablara tökür və soyuq yerdə saxlayırlar.
Zərif gilas sortlarından kompot hazırladıqda, meyvə qaynayan suya tökülüb, dərhal götürülür və soyuyana qədər qapağı örtük halda saxlanılır. Bu zaman kompotun suyu şəffaf, meyvələr isə bütöv olur.