Resept:Heyva şirəsi

Heyva şirəsi – qida qəbulundan (əsasən nahar və şam yeməyindən) sonra, toy və ziyafət məclislərində, qonaq qəbul edildikdə və başqa şadyanalıqda, isti günlərdə susuzluğu yatırmaq üçün içilir.

Hazırlanma qaydası redaktə

Heyva şirəsi şəkər əlavə edilməklə heyvanın turşaşirin sortlarından hazırlanır. Heyvanın səthindən pənbə yun parça ilə təmizlənir, yuyulur, nazik dilimlərlə doğranır, üzərinə su tökülüb yumşalanadək bişirilir. Əvvəlcə süzgəcdən sonra isə irigözcüklü ələkdən keçirilir. Alınmış heyva püresi 1:1 nisbətində 30%-li şəkər şərbəti ilə qarışdırılır, başqa sözlə 1 l heyva püresinə 1 l 30%-li şəkər şərbəti əlavə edilir, qarışdırılır, 80 °C-yə qədər qızdırılır, yarımlitrlik bankalar qaynayan suda 25 dəqiqə, litrlik bankalar 35 dəqiqə, üçlitrlik balonlar isə 60 dəqiqə pasterizə edilir.