Resept:Heyva kompotu

Heyva kompotu - Qida qəbulundan (əsasən nahar və şam yeməyindən) sonra, toy və ziyafət məclislərində, qonaq qəbul edildikdə, isti günlərdə susuzluğu yatırmaq üçün içilir.

Tərkibi redaktə

Heyva - 600 qr, şəkər - 200 qr, limon turşusu - 10 qr, su - 1 litr.

Hazırlanma qaydası redaktə

Heyvanın özəyi və çəyirdəyi çıxardılıb dilimlənir. Azacıq limon cövhəri qatılmış soyuq suya tökülür bir qədər bişirilir. Alınmış şirəyə şəkər tozu, azacıq isti su əlavə edilərək qarışdırılır. Meyvə bişənədək vam od üzərində 20-30 dəqiqə qaynadılır. Kompota limon qabığı, limon cövhəri əlavə etmək olar.

Zərif heyva sortlarından kompot hazırladıqda, meyvə qaynayan suya tökülüb, dərhal götürülür və soyuyana qədər qapağı örtük halda saxlanılır. Bu zaman kompotun suyu şəffaf, meyvələr isə bütöv olur.