Resept:Heyva mürəbbəsi
Heyva mürəbbəsi | |
---|---|
Kateqoriya: | Şərq şirniyyatı |
Porsiya: | 20 |
Enerji qiyməti: | 1000-2000 kkal. |
vaxt: | 2-3 saat |
Hazırlanma mürəkkəbliyi: |
Tərkibi
redaktə- Təmizlənib doğranmış heyva - 1 kq,
- şəkər - 1,2 kq.
Hazırlanma qaydası
redaktəHeyva təmizlənir, 2 sm qalınlığında dilimlərə doğranır və qaynar suda 10-15 dəq. pörtülür. Sonra heyva dilimlərinin üzərinə qaynar şərbət əlavə edilir. Şərbəti heyva pörtülmüş su ilə hazırlayırlar. Mürəbə arada 8-10 dəq. qaynadılıb 8 saat saxlanılmaq şərti ilə 3-4 dəfəyə bişirilir.