Resept:Heyvalı və zəfəranlı toyuq
Heyvalı və zəfəranlı toyuq — Yemək növlərindən biri.
Ərzaqlar
redaktə6 porsiya üçün:
- təxminən 1 kq çəkili 4 ədəd orta boy heyva;
- 6 qaşıq duru yağ;
- 2 çay qaşığı zəfəran teli;
- 1,5 kq kiçik parçalara bölünmüş sümüksüz toyuq əti;
- 1 ədəd doğranmış orda boy baş soğan;
- 0,5 stəkan suda həll olunmuş 2 xörək qaşığı tomat;
- 10 ədəd quru gavalı;
- zövqə görə duz;
- zövqə görə istiot.
Hazırlanma qaydası
redaktə- Zəfəran telləri həvəngdəstə vasitəsiylə döyülürək toz halına gətirilir. Həmin tozdan 1-2 xörək qaşığı qədər isti suda həll edilir.
- Heyvanın qabığı soyulmadan dilimlənir. Həmin dilimlər orta qalınlıqda olmalıdır.
- Tavada yağı qızdırın və heyvaları əlavə edib arada qarışdıraraq təxminən 5 dəqiqə ərzində qızardın. Sonra zəfəran dəmini əlavə edib 5 dəqiqə də bişirin. Arada qarışdırın ki, heyva zəfəranı çəksin. Kənara qoyun.
- İri tavada qalan yağı qızdırın və toyuğu əlavə edərək təxminən 5 dəqiqə ərzində bişirin.
- Sonra bu tavaya soğanı əlavə edin və birlikdə 6-7 dəqiqə bişirin. Toyuq sulanmağa başlayanda, suda həll olunmuş tomatı əlavə edin. 10-15 dəqiqə, tavanın suyu çəkilib bir qədər qatılaşana qədər bişirin. Bu mərhələdə toyuq hardasa bişmiş, amma tamamilə bişmiş olmamalıdır.
- Toyuğa heyvaları və quru gavalını əlavə edin. Zövqə görə duz və istiot vurun. Vam odda, qapağı örtülü, toyuq və heyva yumuşalana qədər (heyva diri qalmalıdır) bişirin.