Resept:Küftə-bozbaş
Küftə-bozbaş | ||
---|---|---|
Kateqoriya: | Azərbaycan mətbəxi | |
Porsiya: | 2 | |
Enerji qiyməti: | 1000-2000 kkal. | |
vaxt: | 30 dəq. | |
Hazırlanma mürəkkəbliyi: | ||
Tərkibi
redaktə- Qoyun əti - 163q,
- quyruq - 20q,
- düyü - 15q,
- təzə alça - 30q,
- noxud - 25 q,
- kartof - 150q,
- baş soğan - 18q,
- zəfəran - 0,1q,
- quru nanə - 0,1q,
- istiot, duz.
Hazırlanma qaydası
redaktəKüftə bozbaş üçün sümüklərdən bulyon bişirilir. Qoyun ətinin yumşaq hissəsi baş soğanla birlikdə ətçəkən maşından keçirilir. Qiyməyə düyü, istiot, duz qatılıb yaxşı qarışdırılır. Hər küftənin içərisinə 2-3 ədə yuyulmuş quru alça qoyulur. Noxud bulyonda bişdikdən sonra küftələr bulyona salınır və bişirilir. Həmçinin kartov və narın çərtilib qızardılmış soğan əlavə edilir. Xörəyin hazır olmasına 10-15 dəqiqə qalmış ona duz, istiot və zəfəran məhlulu əlavə edilib hazır vəziyyətə çatdırılır.
Süfrəyə verilməsi
redaktəSüfrəyə veriləndə üzərinə keşniş, yaxud quru nanə səpilir.