Resept:Kələm dolması
Kələm dolması | |
---|---|
Kateqoriya: | Dolmalar |
Porsiya: | 6 |
Enerji qiyməti: | 1000-1500 kkal. |
vaxt: | 2 saat |
Hazırlanma mürəkkəbliyi: |
Lazım olan ərzaqlar
redaktə- Qoyun əti - 163 q.
- Düyü - 20 q.
- Noxud - 10 q.
- Baş soğan - 15 q.
- Kələm - 220 q.
- Şabalıd - 50 q.
- Keşniş - 15 q.
- Pomidor - 50 q.
- Şərab sirkəsi - 10 q.
- və ya limon turşusu - 2 q.
- şəkər - 5 q.
- və ya doşab - 15 q.
- darçın - 0,1 q.
- duz
Hazırlanma qaydası
redaktəQoyun ətindən soğanla birlikdə qiymə hazırlanır. Qiyməyə düyü, soyuq suda isladılmış noxud ləpəsi, təmizlənmiş və xırda doğranmış şabalıd, pomidor, göyərti, istiot və duz vurulub ciddi qarışdırılır. Kələmi qaynar suda pörtüb, yarpaqları ayırır və hər pay üçün üç ədəd olmaqla kələmin içərisinə qiymə qoyulub kvadrat formasında bükülür. Qazana yığılır, üzərinə bulyon və ya su tökülür, bişirilir. Hazır olmasına 20 dəqiqə qalmış üzərinə şəkər və sirkədən hazırlanmış şirə əlavə edilir.
Süfrəyə verilməsi
redaktəSüfrəyə verdikdə kələm dolmasının üstünə bişirildiyi sousdan tökülüb darçın səpirlər.